İran prezidentinin Qəzzadakı müharibənin əhatə dairəsinin regionun digər hissələrinə də genişləndirilməsi ehtimalı ilə bağlı xəbərdarlığı

İran prezidentinin Qəzzadakı müharibənin əhatə dairəsinin regionun digər hissələrinə də genişləndirilməsi ehtimalı ilə bağlı xəbərdarlığı

 İran prezidenti Ərdoğanla telefon danışığında Qəzzada sionistlərin cinayətkar hücumlarının dayandırılmayacağı təqdirdə, hadisələrin əhatə dairəsinin regionun digər bölgələrinə də sıçrayacağı ilə bağlı xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, doktor Rəisi Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığında qəsbkar sionist rejimin Qəzzanın məzlum xalqına qarşı törətdiyi dəhşətli cinayətləri pisləyərək, İslam dünyasını sionistlərin cinayətkarlığı ilə mübarizə aparmağa və Qəzzanın müdafiəsiz qadın və uşaqlarına qarşı vəhşicəsinə hücumlarına son qoymağa çalışmağa çağırıb.

Doktor Rəisi Qəzzada və bu bölgənin məzlum xalqına qarşı baş verənləri “soyqırım” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirərək, İslam dünyasının bu hücumlara son qoyulmasında, Qəzzanın mühasirəsinin qaldırılmasında və bölgə əhalisinin zəruri tələbat və ehtiyaclarını təmin edilməsində rol oynamasının vacibliyini vurğuladı.

Prezident daha sonra Qəzzada sionistlərin cinayətkar hücumlarının dayanmayacağı təqdirdə hadisələrin inkişafının miqyasının regionun digər bölgələrinə genişlənəcəyi barədə xəbərdarlıq edib və deyib: Sionist rejim bir daha sübut etdi ki, irqçi və anti-bəşər bir rejimdir və məqsədlərinə çatmaq üçün hər hansı bir cinayətdən yayınmayacaq.

Qəzzada baş verən hadisələr və indiyədək 2700-dən çox insanın ölümü, 9500-dən çox insanın yaralanması ilə nəticələnən yaşayış məntəqələrinin və bu ərazidə yaşayan mülki əhalinin amansız bombalanmasına görə təəssüf və narahatlığını ifadə edən Ərdoğan, sionist rejimin bu hərəkətlərini pislədi və dedi: Bu gün Qəzzada baş verənlər bütün dünya müsəlmanlarını kədərləndirib və biz Qəzzə xalqına kömək etməyə çalışırıq və bu sahədə səylərimizi davam etdirəcəyik.

Türkiyə Prezidenti Amerika döyüş gəmisinin bölgədə olması, Hələb və Dəməşq aeroportlarının bombalanması kimi hərəkətləri münaqişənin regionun digər bölgələrinə sıçraması kimi qiymətləndirib və bu hərəkətləri pisləyərək, atəşkəsin bərpası, hücumların dayandırılması və Qəzzadan blokadanın götürülməsini bölgənin bu kritik dövründə vəziyyətə nəzarət üçün üç mühüm və əsas prioritet sayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − twelve =