İran: “Qərb ölkələri sionist rejim cinayətlərinə qarşı laqeyddir”

İran: “Qərb ölkələri sionist rejim cinayətlərinə qarşı laqeyddir”

İran XİN başçısı Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi ilə telefon danışığında Qərb ölkələrinin sionist rejimin sistematik  cinayətlərinə qarşı susqunluğu və laqeydliyini tənqid edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian deyib: Avropa və Qərb ölkələri Netanyahunun cinayətlərinin qarşısını alsaydı, bəlkə də Fələstinin taleyi belə olmazdı.

İran XİN başçısı həmçinin sionist baş nazir Benyamin Netanyahunun radikal anti-humanist rəftarları deyib: Həmasın bu günkü mövqeyi bu cinayətlərin cavabıdır.

Hüseyn Əmir Abdullahian bu telefon söhbətində dünya ictimaiyyətinin Fələstin xalqı hüquqlarının müdafiəsi üçün səy göstərməsinin zərurətini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =