İran: Qəzzə müharibəsi sionist rejimin fələstinlilərə qarşı işğal nümunəsidir

İran: Qəzzə müharibəsi sionist rejimin fələstinlilərə qarşı işğal nümunəsidir

İran XİN sözçüsü Qəzzədə baş verən hadisələrin təpədən-dırnağa qədər silahlanmış işğalçı rejimin Fələstin xalqına qarşı genişmiqyaslı hərbi hücum olduğunu xatırladıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İran XİN Nasir Kənani dünən axşam (5 dekabr) X hesabında yazıb: İsrilin bəzi müttəfiqləri Qəzzədə faciəsini Həmas-İsrail müharibəsi kimi dəyərləndirməyə çalışırlar. Amma həqiqət bundan ibarətdir ki, hal-hazırda Qəzzədə baş verənlər Həmas-İsrail müharibəsi deyil. Bu, Fələstin xalqına qarşı ABŞ rejiminin təbliği, strategiyası, kəşfiyyatı, hərbi təchizatı ilə təpədən-dırnağa qədər silahlanmışların   hərbi hücumudur.

N.Kənani mesajının davamında yazıb: Vətən torpaqlarının işğal olunduğu Fələstin xalqı 75 ildir sionist rejimin qətllərinə, icbari köçkünlüyünə, həbslərinə, mühasirələrinə və bombardmanlarına məruz qalır. Əlbəttə sionist-amerikan təbliğatının bombardmanı raket hücumlarından daha da pisdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 5 =