İran qeyri-qanuni yanacaq daşıyan xarici gəmini ələ keçirib

İran qeyri-qanuni yanacaq daşıyan xarici gəmini ələ keçirib

İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin Fars körfəzində xarici bayraqlı gəmini ələ keçirdiyi açıqlanıb.

 İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin İkinci Regional Komandanı general Heydər Hüneriyan bu gün mətbuata verdiyi açıqlamada Fars körfəzində İnqilab Keşikçiləri Korpusunun vəzifələrindən birinin də yanacaq sızması ilə mübarizə aparmaq olduğunu bildirib.

General Hüneriyan, “Bu gün səhər Fars körfəzində qeyri-qanuni yanacaq yükləndiyi təsbit edilən gəmidə əməliyyat keçirilib” dedi.

General Hüneryanın açıqlamasına görə, İnqilab Keşikçiləri Korpusunun Buşəhr limanı sahillərində keçirdiyi əməliyyat nəticəsində 2 milyon litr qaçaq yanacaq ələ keçirilib.

Gəminin hansı ölkəyə aid olması ilə bağlı hələlik açıqlama verilmir. Gəmidə olan 14 nəfərlik heyət də saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − nine =