İran:  Regionda gərginlik ardınca deyilik!

İran:  Regionda gərginlik ardınca deyilik!

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Fələstindəki vəziyyətə dair iclasında iştirak etmək üçün Nyu Yorka səfər edən İran İslam Respublikasının xarici işlər naziri bu gün səhər (20 aprel) bu şəhəri tərk edib.

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrail rejiminin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hücumuna cavab olaraq “Doğru vəd” hərbi cəza əməliyyatından dörd gün sonra BMT Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasında iştirak etmək üçün Nyu Yorka getmişdi.

İran XİN başçısı İRNA müxbirinin sualına cavab olaraq Amerika rəsmilərinin bir neçə gündür ki, İranın İsrailə cavabı barədə ona məlumat verilməməsi ilə bağlı iddialarından danışıb və vurğulayıb: Biz İsrail rejimini cəzalandırma qərarı alıacağıməz barədə Amerikaya məlumat verdik. Əməliyyatdan sonra bazar günü (keçən həftə) 02:30 radələrində Amerika Birləşmiş Ştatlarına “Regionda eskalasiya ardınca deyilik” mesajını göndərdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =