İran: Sionist rejim məğlub olmamaq üçün özünü oda-közə vurur

İran: Sionist rejim məğlub olmamaq üçün özünü oda-közə vurur

İran İslam Respublikası xarici işlər nazirliyinin mətbuat katibi deyib: İsrail məğlubiyyətdən qaçmaq üçün əlindən gələni edir. Amma o hərbi məğlubiyyətini ört-basdır etmək üçün siyasətdə  qələbə qazanmamalıdır.

Əl Aləm telekanalının məlumatına əsasən, XİN sözçüsü Nasir Kənani dünən (26 noyabr) Prezident aparatında keçiriən müqavimət sektorunda aktiv təşkilatların iclasında  bu qələbəni müqavimət üçün böyük nailiyyət adlandıraraq deyib: Həmasın bu qələbəsi Qüdsün azadlığı yolunda böyük bir addımdır və İran ötən 44 il ərzində Fələstin və müqavimətə dəstəkdə heç bir köməyini əsirgəməyib.

İran XİN sözçüsü həmçinin İran xalqı və müqavimət dəstəkçisi olan qurumların dəstəyinin göz qarşısında olduğunu vurğulayaraq deyib: Biz Fələstin xalqına humanitar yardımdan çox onların hüquqlarının geri qaytarılmasına çalışmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 14 =