İran sionist rejimin bölgədəki təxribatçı hərəkətlərinə qarşı xəbərdarlıq edib

İran sionist rejimin bölgədəki təxribatçı hərəkətlərinə qarşı xəbərdarlıq edib

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sionist rejimin regionun sülh və təhlükəsizliyinə ciddi təsir göstərə biləcək təxribatçı hərəkətinə qarşı xəbərdarlıq edib.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani cümə axşamı günü Təhlükəsizlik Şurasının iclasında Qərbi Asiya regionu və Suriyadakı vəziyyətlə bağlı deyib: İran Təhlükəsizlik Şurasından İsrail rejiminin sabitliyi pozan fəaliyyətini və Suriyanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasını məhkum etməsini tələb edir.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi qeyri-qanuni sanksiyaların Suriyanın problemlərini artırdığını bildirərək, BMT-nin Suriyadakı dəstək rolunu vurğulayaraq deyib: İran suriyalı qaçqınların öz ölkələrinə qayıtmasını dəstəkləyir.

İrəvani qeyri-qanuni xarici qüvvələrin nəzarətində və işğal altında olan ərazilərdə təhlükəsizlik vəziyyətini ciddi narahatlıq doğuran məsələ hesab edib və deyib: Suriyada və daha geniş bölgədə terror fəaliyyətinin artması üçün əlverişli mühit yaradaraq ABŞ hərbi qüvvələrinin qeyri-qanuni mövcudluğu və işğalı davam etdirməsi təhlükəsizliyin əsas mənbəyidir.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sionist rejimin Suriya ərazisinə qarşı təcavüzkar hərəkətlərində israrlı olduğuna işarə edərək, ABŞ-ı regionda bir neçə onilliklərdir davam edən təcavüz və qeyri-qanuni hərəkətlərə görə tam məsuliyyət daşıyıb və deyib:Təhlükəsizlik Şurasının atəşkəsin yaradılması və sionist rejimin Qəzza xalqına qarşı döyüş maşınının dayandırılması ilə bağlı BMT Nizamnaməsinə əsaslanaraq öz vəzifələrini yerinə yetirməsinə mane olmaq Amerikanın bölgədə gərginliyin azaldılması və sülh və təhlükəsizliyin bərqərar olmasından nə qədər narahat olduğunu göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 6 =