İran sionist rejimin təcavüzünü kompensasiya etmək üçün Livan xalqının yanındadır
İran İslam Respublikasının Beyrutdakı səfiri deyib: “İran həmişə olduğu kimi, həmdərdlik göstərmək və sionist rejimin dağıntıdan başqa bir şey gətirməyən təcavüzünün nəticələrini kompensasiya etmək üçün nəcib Livan xalqının yanındadır.”
İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani bu gün 27 dekabr çərşənbə günü X sosial şəbəkəsindəki şəxsi hesabında ərəbcə paylaşdığı mesajda yazıb: “2000 və 2006-cı illərdəki qələbələrdən sonra Livan bu il meydanda qəhrəmancasına müqavimət göstərərək yeni ilahi qələbə qazandı.”
Əmani əlavə edib: “Bu qələbə ölkənin bütün şəhər və bölgələrində möhkəm və qətiyyətli rəsmi mövqeyin, mətanətli ordunun, geniş və bənzərsiz xalq həmrəyliyinin dəstəyi ilə əldə edildi.”
İranın Beyrutdakı səfiri daha sonra yazıb: “İslam müqaviməti şəhidlərinin seyyidi, Seyid Həsən Nəsrullahın əvvəlcədən elan etdiyi bu şərəfli qələbə münasibətilə Livan xalqını və bu ölkənin bütün təbəqələrini təbrik edirəm.”
Əmani bu mesajın sonunda bildirib: “İran İslam Respublikası həmişə olduğu kimi, yaralara məlhəm qoymaq, həmdərdlik göstərmək və dağıntıdan başqa bir şey gətirməyən sionist rejimin təcavüzünün nəticələrinin kompensasiya edilməsinə kömək etmək üçün nəcib Livan xalqının yanındadır. Yaşasın Livan!”