İran: Sionistlər digər ssenari gözləsin
İran XİN sözçüsü Həmasın sionistlərə qarşı mübarizəsi barədə deyib: Müqavimət fələstinlilərə aid xüsusi bir cəbhə deyil, sionistlər digər senariləri gözləsin.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani Əl Məyadin telekanalı ilə müsahibəsində deyib: Hal-hazırda Fələstin xalqına qarşı qeyri-bərabər müharibənin şahidiyik və bu sırf cinayət olmaqla bərabər fələstinlilərin soyqırımıdıır.
İran XİN-nin mətbuat katibi həmçinin İsrail rejimi 7 oktyabrdan sonra artıq əvvəlki rejim olmadığını da vurğulayaraq deyib: Müqavimətin əli həmişə açıq olub və olacaq da. Çünki müqavimət təkcə Fələstin xalqı ilə məhdudlanmır. Ona görə də müxtəlif ssenariləri gözləmək məcburiyyətindədir.