İran: Suriya və İraqda Amerika qüvvələrinə qarşı heç bir hücumda iştirak etməmişik

İran: Suriya və İraqda Amerika qüvvələrinə qarşı heç bir hücumda iştirak etməmişik

 İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına yazdığı məktubda Amerikanın bütün iddialarını əsassız adlandırıb və onu qətiyyətlə rədd edərək bildirib: “İran İslam Respublikası heç vaxt Suriya və İraqda ABŞ hərbi qüvvələrinə qarşı heç bir hərəkət və ya hücumda iştirak etməyib.”

İRNA-nın Nyu-Yorkdan verdiyi məlumata görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani yerli vaxtla çərşənbə axşamı noyabrın 7-də BMT Baş katibi və Təhlükəsizlik Şurasının sədri Antonio Quterreşə ünvanladığı məktubda yazıb: “İran İslam Respublikası heç vaxt Suriya və İraqda ABŞ hərbi qüvvələrinə qarşı heç bir hərəkət və ya hücumda iştirak etməyib.” 

O, Suriya Ərəb Respublikası nümayəndəsinin ölkəsinin Amerika hərbçilərinin mövcudluğundan narazılığı ilə bağlı təkrar bəyanatlarına toxunaraq bildirib: “ABŞ hərbi qüvvələrinin Suriyada qeyri-qanuni mövcudluğunu davam etdirməsi beynəlxalq qanunların açıq şəkildə pozulması və Suriyanın milli suverenliyinə, ərazi bütövlüyünə, birliyinə və siyasi müstəqilliyinə açıq-aşkar etinasızlıqdır.”

İranın Suriyadakı mövcudluğunun ev sahibi ölkənin terrorla mübarizə üçün rəsmi istəyi ilə bağlı olduğuna işarə edən səfir vurğulayıb: “Birləşmiş Ştatlar qeyri-qanuni hərəkətlərini dayandırmalı, qanunsuz işğalına son qoymalıdır, bütün üzv dövlətlərdən Suriyanın milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməyi və hörmət etməyi tələb edən Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də daxil olmaqla, beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 8 =