İran Təhlükəsizlik Nazirliyi Kirman terror aktı barədə məlumat yayıb

İran Təhlükəsizlik Nazirliyi Kirman terror aktı barədə məlumat yayıb

İran İslam Respublikası Təhlükəsizlik Nazirliyi bir məlumatda bildiribdir ki, Kirman terror əməliyyatında iştirak etmiş iki terrorçu təhlükəsizlik qüvvələrilə silahlı toqquşmada öldürülüb.

Yanvarın üçündə Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı general pasdar şəhid Qasım Süleymaninin şəhadətinin dördüncü ildönümü mərasimində və Kirman şəhidlər gülüstanına gedən yolda/ məsuliyyətini üzərinə götürmüş İŞİD terror qruplaşmasının keçirdiyi iki terror əməliyyatında doxsan dörd nəfər şəhid olub, iki yüz səksən dörd nəfər isə yaralanıbdır.

İran Təhlükəsizlik Nazirliyi Kirman terror əməliyyatından sonra yaydığı üçüncü məlumatında bildiribdir ki, təhlükəsizlik qüvvələri iki İŞİD terrorçusunu öldürüb, terror qruplaşmasının başçılarından bir qrupunu da həbs ediblər.

Nazirliyin məlumatında deyilir: Kirman cinayət hadisəsindən bir neçə gün sonra bu bölgədə yenidən əməliyyat keçirmək üçün İrana daxil olan iki təkfirçi terrorçu/ Kirman vilayətinin baş kəşfiyyat idarəsindəki təhlükəsizlik qüvvələrinin fədakarcasına addımları və sayıqcasına tədbirlərilə İran təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülübdür.

Bu əməliyyatda/ terrorçu ünsürlərin üzərində iyirmi kiloqram ağırlığında olan iki çox güclü əldəqayırma bomba və xeyli sayda silah və sursat aşkar edilib.

İran Təhlükəsizlik Nazirliyinin məlumatında sonra deyilir: Müqəddəs Məşhəd şəhərinin ətrafındakı imamzadələrdən birində terror əməliyyatı keçirmək istəyən bir terrorçu da həbs olunubdur.

Nazirlik həmçinin bildiribdir ki, təhlükəsizlik qüvvələri/ əldə olunan son ipuclarına əsasən, Tehranın qərbindəki bir bölgəyə daxil olmuş İŞİD terror qruplaşmasının «Adil Pəncşiri» ləqəbli Məhəmməd Adil Arif adlı başçılarından birini aşkar ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − thirteen =