İran və Avropa diplomatik danışıqların davam etdirilməsilə razılaşıblar
İran xarici işlər nazirinin müavini bildirib ki, yaxın gələcəkdə Avropa ilə diplomatik danışıqlar davam etdiriləcək.
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi Cenevrədə üç Avropa ölkəsinin nümayəndələrilə məşvərətlərdən sonra «X» platformasındakı rəsmi səhifəsində belə yazıb: Fransa, Almaniya və İngiltərənin siyasi rəsmilərilə danışıqların digər bir mərhələsi keçirildi. Nüvə mövzusu və sanksiyların aradan qaldırılması məsələsi xüsusiyyət təşkil etməklə son ikitərəfli, regional və beynəlxalq olaylar nəzərdən keçirilib, dəyərləndirildi.
O, əlavə edib: Biz xalqımızın maraqlarının təqib olunmasına qətiyyətlə sadiqik və dialoq və anlaşma yoluna üstünlük veririk.
Qəribabadi bildirib ki, diplomatik danışıqların yaxın gələcəkdə davam etdirilməsi barədə razılıq əldə olundu.
Cümə axşamı günü də iranlı heyət İsveçrənin Cenevrə şəhərində Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Enrike Mora ilə görüşüb, məşvərət etmişdi.
Qəribabadi bu haqda belə yazıb: Moraya deyildi ki, Avropa Birliyi Avropa qitəsi və dünya məsələ və problemləri qarşısındakı xudbincəsinə və məsuliyyətsiz rəftarından əl çəkməlidir. Avropa/ Ukrayna münaqişəsi də daxil olmaqla öz problem və səhvlərini başqalarını məsələyə qarışdırmaqla öz boynundan atmamalıdır.