İran və Fələstin səfirləri Bakıda görüşdü

İran və Fələstin səfirləri Bakıda görüşdü

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi bazar ertəsi Fələstinin Azərbaycan Respublikasındakı səfiri cənab Nasir Əbdül Kərimlə görüşüb.

Bu görüşdə İranın Azərbaycandakı səfiri Fələstin xalqının, sionist işğalçılara qarşı haqq və ədalətli mübarizədə sonunadək müqavimət göstərən qəhrəman Qəzzə xalqı ilə həmrəylik ifadə edərək, İran İslam Respublikasının da bu həmrəyliyə qoşulduğunu bildirib. İran səfiri eyni zamanda Fələstin xalqına qarşı davam edən işğalçı qüvvələrin Qəzzada törətdiyi dəhşətli cinayətləri də qəti şəkildə pisləyib.

Fələstin səfiri İran İslam Respublikasının mövqelərini yüksək qiymətləndirməklə yanaşı, Fələstin xalqının 75 illik qəsb və cinayətlərə qarşı apardığı əməliyyatları onların təbii haqqı olduğunu bildirib. O, beynəlxalq ictimaiyyətin işğalçıların qadın və uşaqlara qarşı hərbi cinayətlərini diqqət mərkəzində saxlanılmasının zəruriliyini də nəzərə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + six =