İran və Suriyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Suriyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Suriyanın Xarici İşlər naziri Kirmandakı terror hadisəsi zamanı şəhid olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

İRNA-nın məlumatına görə, Suriya Ərəb Respublikasının Xarici İşlər naziri Feysəl Miqdad ölkəmizin Xarici İşlər naziri doktor Əmir Abdullahiyan ilə telefon danışığında dünən Kirmanda yüzlərlə günahsız insanın şəhid olması və yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyib. Suriyanın Xarici İşlər naziri şəhid ailələri ilə həmdərdlik ifadə edib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Feysəl Miqdad, həmçinin Suriya Prezidenti Bəşər Əsədin İran İslam Respublikası Prezidentinə başsağlı müraciətini çatdırıb.

Doktor Əmir Abdullahiyan da bu terror hadisəsinə görə başsağlığı verdiyi və terror aktını pislədikləri üçün Suriya rəsmilərinə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − twelve =