İran və Türkiyə Qəzzada müharibəni dayandırmaq üçün sionist rejimə təzyiq göstərməyi vurğulayıblar

İran və Türkiyə Qəzzada müharibəni dayandırmaq üçün sionist rejimə təzyiq göstərməyi vurğulayıblar

İran və Türkiyənin xarici işlər nazirləri atəşkəsi qəbul etmək və Qəzzada müharibəni dayandırmaq məqsədilə sionist rejimə təzyiq etmək üçün regional və beynəlxalq arenada diplomatik məsləhətləşmələr və səylərin davam və genişləndirilməsinin vacibliyini vurğulayıblar.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Hakan Fidan bazar ertəsi axşam saatlarında telefon danışığında ikitərəfli və regional münasibətlərin gündəmindəki bəzi məsələlər, xüsusilə Qəzza və İordan çayının qərb sahilində sionistlərin Fələstin xalqına qarşı cinayətlərinin davam etməsini müzakirə ediblər.

Abdullahiyan bu telefon danışığında İran və Türkiyə arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsinin vacibliyini, eləcə də iki ölkə prezidentləri arasında gözlənilən görüşün əhəmiyyətini vurğulayıb.

İran İslam Respublikasının Xarici İşlər naziri ABŞ-ın sionist rejimə hərtərəfli dəstəyini sionistlərin Qəzza və Fələstinin İordan çayının qərb sahili sakinlərinə qarşı cinayətlərinin davam etməsinin səbəbi hesab edib, təşəbbüs və diplomatik səylərlə bu cinayətlərin dayandırılması və Qəzza zolağında soyqırımın qarşısının alınması, həmçinin fələstinlilərə təcili humanitar yardımın göstərilməsi və onların əzablarının yüngülləşdirilməsi üçün maksimum səy göstərməyin vacibliyini vurğulayıb.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da yaxın vaxtlarda İran və Türkiyə arasında 8-ci yüksək səviyyəli görüşün keçiriləcəyinə toxunub, ölkəmizin Qəzzaya qarşı müharibədə atəşkəs əldə etmək üçün göstərdiyi diplomatik səyləri yüksək qiymətləndirib və Fələstini İslam dünyasının aktual mərkəzi məsələsi hesab edib.

İran və Türkiyənin xarici işlər nazirləri həmçinin bu telefon danışığında atəşkəsi qəbul etmək və Qəzzada müharibəni dayandırmaq məqsədilə sionist rejimə təzyiq etmək üçün regional və beynəlxalq arenada diplomatik məsləhətləşmələr və səylərin davam və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 9 =