İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq

İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşır.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 23-də jurnalistlərin Ermənistanın Azərbaycana aid kəndlərdən 4-nün geri qaytarılması ilə bağlı sualına cavabında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh yolu ilə sərhəd məsələlərinin həlli istiqamətində səylərini davam etdirməsi, davamlı sülh və sabitliyin Cənubi Qafqazda bərqərar olması üçün zəruridir.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − ten =