İran XİN başçısı Qəzzə böhranının həlli üçün Nyu Yorka getdi

İran XİN başçısı Qəzzə böhranının həlli üçün Nyu Yorka getdi

İran İslam Respublikasının xarici işlər naziri Qəzzədəki gərgin vəziyyətdən çıxış yollarının araşdırılması üçün Nyu Yorka səfər edib.

Təsnim İnfromasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahin İranı dövlətinin regional və beynəlxalq məsələlərin həlli istiqamətində fəaliyyətlərinin davamında BMT-nin təşkil etdiyi məzlum Fələstin xalqına dəstək və Qəzzədəki humanitar böhranın şiddətlənməsi üçün çıxış yollarının araşdırılması məqsədilə keçirilən iclasa qoşulmaq üçün bu gün (26 oktyabr) Nyu Yorka səfər edib.

Məlumatda Əmir Abdullahianın Con F Kendi hava limanına çatdığı və İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani tərəfindən qarşılandığı da qeyd edilir.

Hüseyn Əmir Abdullahian Nyu Yorka daxil olduğu elə ilk anda deyib: Qəzzə münaqişəsinin hər iki tərəfinin kontrolundan çıxma ehtimalı çoxdur.

Qeyd edək ki, BMT nəzdində fəaliyyət göstərən UNRWA Agentliyi Qəzzədəki vəziyyətin həddən artıq gərgin olduğu, dərhal enerji çatdırılmaması təqdirində Fələstinə bütün xidmətlərini dayandıracağını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =