İran XİN nüvə danışıqlarını təxirə salmayacağını bildirib

İran XİN nüvə danışıqlarını təxirə salmayacağını bildirib

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqları təxirə salmayacaq.

APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəsmisi onu qeyd edib ki, İran rəhbərliyi ölkəyə qarşı tətbiq olunan sanksiyaları neytrallaşdırmaq üçün ciddi şəkildə çalışacaq.

Kənani onu da əlavə edib ki, İran rəhbərliyi digər ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi məsələsi ilə bağlı qərar verərkən ABŞ-ın və ya digər ölkənin rəyini gözləməyəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =