İran XİN Qəzzada davam edən cinayətlərə etiraz olaraq amerikalı zabitin özünü yandırmasına reaksiya verib

İran XİN Qəzzada davam edən cinayətlərə etiraz olaraq amerikalı zabitin özünü yandırmasına reaksiya verib

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi amerikalı zabitin özünü yandırmasına münasibət bildirərək yazıb: “Buşnellin fəryadları Amerikada hökumətin Fələstin soyqırımında iştirakına qarşı oyanmış vicdanların yüksək səsidir.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Qəzzada davam edən cinayətlərə etiraz olaraq amerikalı zabitin özünü yandırmasına reaksiya verərək sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Aaron Buşnellin sionistlərin Qəzzada törətdiyi cinayətə etiraz olaraq özünü yandırması Amerikada oyanmış vicdanların hökumətin Fələstin soyqırımına verdiyi dəstəkdən utandığını göstərdi.”

Kənani əlavə edib: “Buşnellin fəryadları Amerikada hökumətin Fələstin soyqırımında iştirakına qarşı oyanmış vicdanların yüksək səsidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 4 =