İranda daşqınlar nəticəsində 3 nəfər ölüb

İranda daşqınlar nəticəsində 3 nəfər ölüb

İranın şimal-qərbində iki gün ərzində baş verən daşqınlar nəticəsində azı 357 nəfər zərər çəkib, 3 nəfər isə ölüb.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran Qızıl Aypara Cəmiyyəti yanında xilasetmə xidmətinin rəhbərinə istinadən məlumat yayıb.

Məlumata görə, 241 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Zərərçəkənlərdən biri təbii fəlakət sonrası daşqında boğulub, digər iki nəfər isə ildırım vurması nəticəsində ölüb.

Daşqına güclü yağışlar səbəb olub. Xilasetmə əməliyyatları hələ də davam edir. Daşqın zonasından 30 evin sakinləri təxliyə edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − two =