İranda keçirilən seçkilərdə 25 milyondan çox seçici iştirak edib

İranda keçirilən seçkilərdə 25 milyondan çox seçici iştirak edib

Son qeyri-rəsmi məlumatlara görə, İslami Şura Məclisinin 12-ci və Rəhbərlik Ekspertlər Məclisinin 6-cı dövrü üzrə seçkilərində 25 milyondan çox seçki hüququna malik insan iştirak edib.

Bu rəqəm seçkilərin bu dövrü üçün 41% iştirakı göstərir.

İslami Şura Məclisi və Rəhbərlik Ekspertlər Məclisinin seçkilərinin rəsmi nəticələri Daxili İşlər Nazirliyi tərəfindən açıqlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =