İranda məqbərəyə hücumda təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb

İranda məqbərəyə hücumda təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb

İran məhkəməsi Şirazda Şah Çıraq məqbərəsində törədilmiş terror aktında əsas müttəhim hesab olunan Tacikistan vətəndaşı Rahmatulla Nuruzov barəsində ölüm hökmü çıxarıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, 25 yaşlı Rahmatulla Nuruzov üsyan və ölkənin təhlükəsizliyinə təhdiddə ittiham olunur.

Bildirilib ki, ölüm hökmü ilə bağlı İranın Ali Məhkəməsinə şikayət verilə bilər.

Terror aktında bilavasitə əli olmayan daha iki müttəhim 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzalarını çəkdikdən sonra onlar İrandan deportasiya ediləcəklər.

Xatırladaq ki, avqustun 13-də Şah Çıraq məqbərəsində terror aktı törədilib. Məlumata görə, iki silahlı şəxs məscidin ərazisinə daxil olmağa cəhd edib. Onlardan biri məqbərədə olan insanlara avtomatdan atəş açıb və hücumdan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Son məlumatlara görə, hücum nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + five =