İranda qaz kəmərində partlayış baş verib

İranda qaz kəmərində partlayış baş verib

İranın Bürucin şəhərində yerləşən Xorrəmbid şəhərinin Qadirabad bölgəsinin Tang kimi tanınan ərazisi ətrafında magistral qaz kəmərində partlayış baş verib.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, partlayışdan sonra yanğın başlayıb, xəsarət alanlar barədə isə məlumat verilmir.

Bürucin şəhərinin meri qazın verilişinin dayandırıldığını bildirib.

Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =