İranda terror qruplaşmasının 2 üzvü edam olunub
İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində “Ceyşül-ədl” terror qruplaşmasının 2 üzvü edam olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, edam olunan şəxslər Raşid Bəluç Əfzəl oğlu və İshaq İskani Dilavər oğludur. Onlar terror törətməkdə, sabitliyi pozmaqda, 4 sərhədçinin öldürülməsi və çox sayda təhlükəsizlik qüvvəsinin yaralanmasına səbəb olan atışmada iştirak etməkdə ittiham olunublar.
Edam olunan iki nəfər 2016-cı ildə Sistan və Bəluçistan əyalətini Cəbəruk və Ridik sərhədində 4 sərhədçini öldürüb.
Apa.az