İranda törədilən partlayışlarda ölənlərin sayı 103-ə çatdı
İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
İRNA xəbər verir ki, bu barədə vilayətin fövqəladə hallar idarəsinin rəisi bildirib.
Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.
İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.
Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.
Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.