İrandan Bayden hökumətinə xəbərdarlıq: ABŞ-ın İsrailə dəstəyinin xərci artır

İrandan Bayden hökumətinə xəbərdarlıq: ABŞ-ın İsrailə dəstəyinin xərci artır

 İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani İsrailin ABŞ-ın qeyd-şərtsiz dəstəyi olmadan təcavüz etmək gücünə malik olmadığını bəyan edərək, Co Bayden administrasiyasına xəbərdarlıq edib: “Qəzza müharibəsi uzandıqca, Amerikaya bu dəstəyin xərci eksponent olaraq artır. Ya Amerika bu dəstəyi şərtləndirməli və məhdudlaşdırmalıdır, ya da İsrail rəhbərlərinin ambisiyasının qurbanına çevrilməlidir.”

İRNA-nın Nyu-Yorkdan olan müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının BMT-dəki ən yüksək vəzifəli diplomatı Amerikanın “Newsweek” nəşri ilə söhbətində Co Bayden administrasiyasının İsrail rejimi kabinetinə dəstəyi ilə bağlı xəbərdarlıq edərək deyib: “İsrail Amerikanı ağır xərclərə salıb. Maddi, siyasi və hər şeydən əvvəl dünyanın ictimai rəyində mənəvi və etibar xərcləri. Belə bir vəziyyətdə nə Amerikanın maraqları, nə də İsrailin bacarığı yeni müharibəyə başlamağı qəbul etmir. Netanyahu siyasi həyatını Qəzza müharibəsinin davamında görür və Bayden özünün yenidən seçilməsini Qəzza müharibəsini sona çatdırmaqda. Müharibə uzandıqca bu maraqlar toqquşmasını idarə etmək mümkün olmayacaq.”

İrəvani müsahibəsinin digər bir hissəsində deyib: “İranın dərhal və davamlı atəşkəsdə israr etməsi Qəzzada bombardmanlara və dinc əhalinin öldürülməsinə son qoymaq mənası daşıyır. Müqavimətlə İsrail arasında müharibə işğal bitənə qədər davam edəcək, amma bu müharibənin arenası mülki şəxsləri öz əhatəsinə almamalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =