İranı zəiflətmək istəyirsə, Ərdoğanla danışmalıdır – Heyli
Donald Tramp vəzifə səlahiyyətlərinin icrasına başladığında etməli olduğu ilk addım türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etməkdir.
Bu sözləri ABŞ-ın BMT-dəki nümayəndəliyinin keçmiş rəhbəri Nikki Heyli deyib.
O, bunu Tramp üçün fürsət kimi dəyərləndirib:
“Unutmayın ki, Rusiya – Ukrayna müharibəsində Ərdoğan Kiyevin tərəfindədir. Əgər Tramp İranı zəiflətmək və Ukrayna-Rusiya arasında ixtilafa son qoymaq istəyirsə, ilk növbədə Türkiyə və Ərdoğanla əlaqə qurmalıdır”.