İranın ən uzun mənzilli raket əməliyyatı – 1200 km-dən çox məsafədən terror mərkəzlərinin hədəf alınması

İranın ən uzun mənzilli raket əməliyyatı – 1200 km-dən çox məsafədən terror mərkəzlərinin hədəf alınması

 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilk dəfə olaraq 1200 kilometrdən çox məsafədən ən uzaq mənzilli raket əməliyyatında terrorçu qrupların mərkəzini hədəfə alıb.

İRNA-nın Suriyanın İdlib şəhərindəki yerli mənbələrə istinadən verdiyi xəbərə görə, SEPAH-ın ballistik raketləri İdlibin Cəbəl əs-Səmaq bölgəsində Təhrir əş-Şam və Hizb ət-Turkistani terror qruplaşmalarının mövqelərini vurub.

Qeyd edək ki, Xorasan İŞİD-i kimi tanınan terrorçuların təlimi bu ərazidə aparılır və bundan sonra terror fəaliyyətləri ilə məşğul olmaq üçün Amerika vasitəsilə Əfqanıstana köçürülür, oradan İrana göndərilir. 

Qeyd edək ki, bu ərazinin İrandakı SEPAH raketlərinin atəş nöqtəsindən məsafəsi 1200 km-dən çoxdur. Bu da, müəyyən mənada İranın indiyədək həyata keçirdiyi ən uzun mənzilli raket əməliyyatı hesab olunur.

Müşahidəçilər bu addımı İranın sionist rejimə açıq mesajı kimi qiymətləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + thirteen =