İranın Azərbaycandakı səfiri: İran və Azərbaycan arasında 5-ci sərhəd keçid məntəqəsi yenidən açıldı

İranın Azərbaycandakı səfiri: İran və Azərbaycan arasında 5-ci sərhəd keçid məntəqəsi yenidən açıldı

İranın Azərbaycan Respublikasındakı səfiri Tehran və Bakı arasında ticarətin asanlaşdırılmasında iki ölkə arasında beşinci sərhəd keçid məntəqəsinin yenidən açılmasının rolunu vurğulayıb.

Seyid Abbas Musəvi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Müdrik uzaqgörənlər öz aralarında körpü qurur, dardüşüncəlilər isə divar hörür. İran və Azərbaycan arasında beşinci sərhəd keçidinin yenidən açılması ticarəti asanlaşdırmaq və dostluğu möhkəmləndirməkdən əlavə, Şimal-cənub dəhlizində nəqliyyat marşrutlarının şaxələndirilməsidir.

O, əlavə edib: “Araz keçidi və Azərbaycan dəmir yolunun Ərdəbilə birləşdirilməsi digər qısa və orta müddətli planlarımız arasındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =