İranın Azərbaycandakı səfirliyi İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib

İranın Azərbaycandakı səfirliyi İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib

 İran İslam Respublikasının Bakıdakı səfirliyi İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edərək bildirib: “Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan İran və Azərbaycanın münasibətlərində yeni səhifə açılacaqdır.”

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi öz rəsmi internet səhifəsində prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən bu ölkənin Prezidenti seçilməsini təbrik edib.

İranın Bakıdakı səfirliyinin təbrik mesajında vurğulanıb: “Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan İran və Azərbaycanın münasibətlərində yeni səhifə açılacaqdır.”

İRNA-nın məlumatına görə, İlham Əliyev prezident seçkilərində 93,9 faiz səslə qalib gəlib və daha 7 il Azərbaycanın Prezidenti olaraq qalıb. O, 2002-ci ildən indiyədək dörd dəfə Azərbaycan Respublikasının Prezidenti olmuşdur.

2016-cı ildə Azərbaycan Respublikasının konstitusiyasının dəyişdirilməsi ilə bu ölkədə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırıldı və Əliyev 2018-ci ildə keçirilən Azərbaycan prezident seçkilərində 86 faiz səslə dördüncü dəfə qalib gəldi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 5 =