İranın Bakıdakı səfiri: Münasibətlərdə yeni fəsil açılır

İranın Bakıdakı səfiri: Münasibətlərdə yeni fəsil açılır

İranın Bakıdakı səfiri Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması xəbərinin dərcindən sonra bu ölkə prezidentinin köməkçisi ilə görüşündə deyib: İran və Azərbaycan münasibətlərində yeni bir səhifə açılır.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüb.

Aran Radiosu xəbər verir ki, bu barədə səfir “X” hesabında paylaşım edib.

Görüşdə Qəzza regionunda baş verən son hadisələr və ikitərəfli əlaqələr nəzərdən keçirilib. Eləcə də, iki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Seyid Abbas Musəvi cümə günü, martın 15-də Baku TV-yə ətraflı müsahibəsində demişdi ki, biz tezliklə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağıq və bu səbəbdən bir nümayəndə heyəti hazırlıq üçün Tehrana səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 4 =