İranın BMT-dəki səfiri: Bölgədəki heç bir şəxsin və ya qrupun hərəkətlərinə görə məsuliyyət daşımırıq
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda vurğulayıb: “İran İslam Respublikası regionda heç bir şəxsin və ya qrupun hərəkətlərinə görə məsuliyyət daşımır.”
İRNA-nın məlumatına görə, bazar ertəsi İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani ölkəsi hal-hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransanın səfirinə yazdığı məktubda bildirib: “Bu məktub ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin 26 yanvar 2024-cü il tarixli (S/2024/101) məktubuna cavab olaraq hazırlanmışdır, hansı ki, “ABŞ nümayəndəsinin məktubunda İran İslam Respublikası Silahlı Qüvvələrinə bağlı milis qruplarının İraq və Suriyada Amerika personalı və obyektlərinə qarşı əməliyyatlarda iştirak etməsinə aid əsassız fikirlər iddia olunur.”