İranın BMT-dəki səfiri: İsrailin Suriyaya qanunsuz hücumları dərhal dayandırılmalıdır

İranın BMT-dəki səfiri: İsrailin Suriyaya qanunsuz hücumları dərhal dayandırılmalıdır

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Suriya böhranının hərbi yolla həllinin olmadığını vurğulayaraq deyib: İran İslam Respublikası İsrail rejiminin Suriyaya hərbi və qeyri-qanuni hücumlarını təxribat hesab edir və onları qətiyyətlə pisləyir. Sionist rejim bu təcavüzkar hərəkətlərin məsuliyyətini öz üzərinə götürməli və dərhal onlara son qoymalıdır.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Yaxın Şərq və Suriyadakı vəziyyətlə bağlı iclasında əlavə edib: Bu ay Suriyada münaqişənin başlamasının 13-cü ildönümüdür. Bu 13 il ərzində Suriya xalqı çox əziyyət çəkdi və bu münaqişə bütün regionda sülh, təhlükəsizlik və sabitliyə mənfi təsir göstərdi.

2011-ci ildə münaqişə başlayandan bəri bəzi ölkələr Suriyada öz siyasi proqramlarını hərbi həll yolları ilə həyata keçiriblər. Onlar BMT Nizamnaməsinin əsas prinsiplərinə məhəl qoymayaraq, Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozub, terrorçu və separatçı qruplara dəstək veriblər.

Təəssüflər olsun ki, 13 ildən sonra bu ölkələr nə hərbi, nə də diplomatik yollarla nail ola bilmədiklərinə nail olmaq üçün bir vasitə kimi sanksiyalara əl atırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =