İranın Cenevrədəki daimi nümayəndəliyi: Suverenliyi və ərazi bütövlüyünü qanuni şəkildə müdafiə etməkdə tərəddüd etmirik

İranın Cenevrədəki daimi nümayəndəliyi: Suverenliyi və ərazi bütövlüyünü qanuni şəkildə müdafiə etməkdə tərəddüd etmirik

İranın BMT-nin Cenevrədəki qərargahında daimi nümayəndəliyi BMT-nin Silahsızlanma Konfransının üzvlərinə ünvanladığı müraciətdə vurğulayıb ki, İran İslam Respublikası beynəlxalq hüquq çərçivəsində öz suverenliyini və ərazi bütövlüyünü qanuni şəkildə müdafiə etməkdə tərəddüd etmir.

İran İslam Respublikasının BMT-nin Cenevrədəki qərargahında daimi nümayəndəliyi sionist rejimin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı beynəlxalq qanunlara zidd silsilə hərəkət və avantüralarını izah edərkən, ölkəmizin Dəməşqdəki səfirliyinin konsulluq şöbəsini hədəf alınması, İran İslam Respublikasının rəsmi qonağı kimi Tehranda yeni Prezidentin andiçmə mərasimində iştirak edən şəhid İsmayıl Həniyyənin terror edilməsi, İranda bir neçə hərbi bazaya hücum edilməsini beynəlxalq hüququn əsas prinsiplərinin, diplomatik və konsulluq immunitetlərinin, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin və qətnamələrin kobud şəkildə pozulması hesab edib və vurğulayıb ki, İran Nizamnamənin 51-ci maddəsinə əsasən, öz vətəndaşlarını, mənafelərini və milli təhlükəsizliyini müdafiə etmək hüququnu özündə saxlayır.

Müraciətdə bildirilir: “İran İslam Respublikası bir müddət təmkin göstərdikdən və Təhlükəsizlik Şurasının İsrailin İranın suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi, vətəndaşları və milli maraqlarına qarşı cinayətləri ilə bağlı qərəzli və iyrənc hərəkətsizliyini müşahidə etdikdən sonra BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş suveren hüquqlarının həyata keçirilməsində və İranın beynəlxalq hüquqi öhdəliklərinə, xüsusən də beynəlxalq humanitar hüquqa tam uyğun olaraq, İsrail rejiminin bəzi hərbi hədəflərinə qarşı məhdud və dəqiq hərbi əməliyyatlar həyata keçirmişdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 6 =