İranın Ciddədəki Baş Konsulluğu 8 ildən sonra fəaliyyətə başlayıb

İranın Ciddədəki Baş Konsulluğu 8 ildən sonra fəaliyyətə başlayıb

İranın Ciddədəki baş konsulu Həsən Zərnigar Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ofisinin baş direktoru və Mazen bin Həməd əl-Hamli iki ölkə arasında əlaqələrin inkişafını vurğulayıblar.

Aran Radiosu xəbər verir ki,Iran islam Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Rza Enayəti virtual məkanda yazıb: İranın Ciddədəki baş konsulu Həsən Zərnigar bazar günü Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Məkkədə (Ciddə) ofisində olub və təyinat fərmanını nazirliyin Aparatının baş direktoru Mazen bin Həməd əl-Hamliyə təqdim edib.

İranın baş konsulu iki ölkə arasında əlaqələrin bərpasından məmnunluğunu ifadə edərək vurğulayıb ki, iranlı zəvvarlar və iki ölkə vətəndaşları üçün viza və konsulluq prosedurları asanlaşdırılmalıdır.

Zərnigar bəyan edib ki, İran iki ölkə arasında dəniz və hava nəqliyyatını bərpa etməyə və ticarət, iqtisadiyyat və turizm kimi sahələrdə əməkdaşlığı artırmağa hazırdır.

Mazen bin Həməd əl-Hamli Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin İranla müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 2 =