İranın güləş komandaları Türkiyə turnirinin birinciliyini qazanıblar

İranın güləş komandaları Türkiyə turnirinin birinciliyini qazanıblar

İranın yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləş komandaları ümumilikdə on bir qızıl, altı gümüş və beş bürünc medalla Türkiyədə keçirilən beynəlxalq qələbə kuboku yarışlarının çempionları olublar.

Yeniyetmələrin sərbəst güləş üzrə sözügedən yarışları martın on ikisindən on dördünədək Türkiyənin Antalya şəhərində keçirilib. Sonda İran komandası Sam Ərşəd, Sübhan Esmi, Rza Əfşar, Əmirrza Əlipur və Əmir Hüseyn Nəqdəlipur tərəfindən qızıl, Məhəmməd Əmin Saqi, Əmir Hüseyn Məhəmmədi-Müqəddəm, Sam Səyyar və Kamran Fəzli vasitəsilə gümüş, eləcə də Ahura Xateri tərəfindən bürünc medallara layiq görülüb.

Yunan-roma güləşçiləri də bu yarışlarda on rəngarəng medalla birincilik əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − six =