İranın İsrail tərəfdarlarına xəbərdarlığı: Kənarda dayanın

İranın İsrail tərəfdarlarına xəbərdarlığı: Kənarda dayanın

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi sionist rejimin tərəfdarlarına tövsiyə edib: “İsrail və İran rejimi arasında qarşıdurmaya girməyin və bu münaqişədən kənarda durun.”

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi cümə axşamı ölkəmizin ABŞ-la əlaqə kanalları, eləcə də İsrail rejiminin yeni şərinə yeni reaksiyamızın ölçüləri ilə bağlı sualları cavablandırarkən deyib: “İranın rəsmi mesajını ötürmək üçün yeganə kanal Amerikanın maraqlarının müdafiəsi ofisi kimi Tehrandakı İsveçrə səfirliyidir.”

İranın BMT-dəki nümayəndəliyi əlavə edib: “Bizim cavabımız yalnız təcavüzkara qarşı olacaq. Əgər bu arada bir ölkə təcavüzkara kömək edərsə, o ölkə cinayətin ortağı və qanuni məqsəd kimi qəbul ediləcək.”

Nümayəndəlik vurğulayıb: “Tövsiyəmiz budur ki, onlar İsraillə İranın qarşıdurmasına girməsinlər və bu münaqişdən kənarda qalsınlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − 2 =