İranın “Kumleh” terrorçularının mövqelərinə hücumundan Amerikanın qəzəbi

İranın “Kumleh” terrorçularının mövqelərinə hücumundan Amerikanın qəzəbi

SEPAH quru qüvvələrinin İraqın şimalındakı separatçı qrupların mövqelərinə yeni hücumları ABŞ-ı qəzəbləndirib.

Ərəb news xəbər verir ki, Amerika bu hücumu pisləyib. Bəyanatda deyilir: “İranın İraq Kürdüstanına qarşı yeni əməliyyatlar həyata keçirmək təhdidini pisləyirik.”

Bundan əlavə, ABŞ Dövlət Departamenti İranı İraqın Kürdistan bölgəsinə qarşı raket və pilotsuz təyyarələrdən istifadə etməkdə və bu bölgənin suverenliyini pozmaqda ittiham edib.

Bir neçə saat əvvəl “Reuters” xəbər agentliyi “Kumleh” terror qruplaşmasının yüksək rütbəli üzvünə istinadən İranın hücumu nəticəsində ölən və dəyən ziyanı etiraf edib.

Bu mənbə təfərrüatları açıqlamadan çərşənbə günü səhər bu qrupun bir neçə ofisinə hücum edildiyini, itki və maddi ziyanın olduğunu bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının Həmzə Seyyidiş-Şühəda bazası İraqın şimal bölgəsində separatçı terrorçuların bir neçə qərargahını dəqiq raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının İctimaiyyətlə əlaqələr şöbəsi verdiyi açıqlamada İraqın şimalındakı bölgələrdə anti-İran terror qruplaşmalarının mövqe və qərargahlarına qarşı əməliyyatın yeni mərhələsinin başlanmasına işarə edərək, vurğulayıb: Əməliyyat təhlükə effektiv şəkildə aradan qaldırılana və terrorçu qrupların qərargahları qətiyyətlə darmadağın edilənə qədər davam edəcək.

Məlumatlı hərbi mənbə müsahibədə deyib: Bu hücumlar intensivlik və əhatə dairəsi baxımından misilsiz olub və terrorçuların qərargahına ciddi ziyan vurub, beləliklə, terrorçu qrupların əsas qərargahları və onların ofisləri dağıdılıb. ” O, əlavə edib: Bu hücumlarda SEPAH-ın raket, pilotsuz təyyarə və artilleriya bölmələri iştirak edib.

SEPAH Quru Qoşunlarının ictimaiyyətlə əlaqələri şənbə günü elan etdi:

Qlobal istismara bağlı olan və İraqın şimal bölgəsində yuva salmış terrorçu və antiinqilabçı qrupların son bir neçə gündəki hücumlarından sonra İran İslam Respublikasının sərhədlərini keçmək və bəzi sərhəd bazalarına hücum etmək cəhdi İslam döyüşçülərinin qətiyyətli cavabı ilə müşayiət olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =