İranın sənaye artımı dünyanın 164 ölkəsindən yüksək olub

İranın sənaye artımı dünyanın 164 ölkəsindən yüksək olub

BMT Sənaye İnkişafı Təşkilatı bildirib: “İranın sənaye istehsalının əlavə dəyərinin artımı 2022-ci ildə 6,5%-ə çatıb ki, bu da dünyanın 164 ölkəsindən yüksəkdir.”

İRNA-nın məlumatına görə, BMT Sənayenin İnkişafı Təşkilatı (UNIDO) “Beynəlxalq Sənaye Statistikaları İlliyi” adlı hesabatında İranın sənaye istehsalının əlavə dəyərinin 2022-ci ildə 6,5 faiz artdığını açıqlayıb. 2021-ci ildə də İranın sənaye istehsalının əlavə dəyəri 6,6 faiz artmışdı.

Bu hesabatda həmçinin 2022-ci ildə İranın hər nəfər üçün düşən sənaye istehsalının əlavə dəyəri 825 dollara bərabər olub. Əvvəlki il üçün bu rəqəm 712 dollar idi.

Beynəlxalq təşkilatın hesablamalarına görə, 2022-ci ildə İranın ÜDM-də əlavə sənaye dəyərinin payı 14,7% təşkil edib. Bu il İran ixracında sənaye məhsullarının payı 47,7%, ölkənin məşğulluqda sənayenin payı da 17,4% qiymətləndirilir.

Bu hesabata görə, İran 2022-ci ildə sənayenin əlavə dəyərinin artımına görə 213 ölkə və muxtar bölgə arasında dünyada 49-cu yerdə qərarlaşıb. Başqa sözlə, İranın sənaye sektorunun əlavə dəyərinin artımı 164 ölkə və muxtar bölgədən çox və cəmi 48 ölkədən az olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − three =