İranın Tərksilah Konfransına sədrliyi başladı

İranın Tərksilah Konfransına sədrliyi başladı

İranın Cenevrədəki səfiri və nümayəndəsi Tərksilah Konfransına İranın sədrliyinin başladığını elan edib.

İran İslam Respublikasının Cenevrədəki səfiri və nümayəndəsi Əli Bəhreyni bildirib ki, Cenevrədə keçirilən Tərksilah Konfransına İranın sədrliyi dünən, bazar ertəsi, martın 18-dən başlayıb.

10, 7 və 7 həftəlik üç hissə şəklində konfransın proseduruna əsaslanan Tərksilah Konfransının 2024-cü il üzrə iclası 23 yanvardan 13 sentyabradək keçiriləcək. 

Builki konfransın sədrləri əlifba sırası ilə Hindistan, İndoneziya, İran, İraq, İrlandiya ölkələri və İsrail rejimidir.

Konfransın üçüncü sədri kimi ölkəmiz martın 18-dən 29-dək və mayın 13-dən 24-dək 4 həftə müddətində bu konfransa sədrlik edəcək.

İran öz sədrliyi dövründə bəzi tərksilah məsələlərinə dair panellər keçirməyi planlaşdırır. Onların ən mühümləri arasında kütləvi qırğın silahlarından və mənfi təhlükəsizlik təminatlarından azad Yaxın Şərqin reallaşması yolunda problem və maneələrin araşdırılmasıdır.

Tərksilah Konfransı BMT-nin çoxtərəfli tərksilah danışıqlarının ən mühüm və yeganə sütunudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =