İranın XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarını alqışlayıb 

İranın XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarını alqışlayıb 

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrov ilə ölkələr arasında münasibətlərin cari məsələlərini, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Telefon danışığı zamanı nazirlər Cənubi Qafqazda baş verən son hadisələri, əməkdaşlığın və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həmçinin regional və beynəlxalq münasibətlərə dair bəzi məsələləri müzakirə ediblər.

Nazirliyin bəyanatında qeyd olunub ki, Abdullahian “Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayaraq İranın regionda sülh və sabitliyə dəstəyini vurğulayıb”.

22:06

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir-Abdullahian regional məsələləri müzakirə ediblər.

Tərəflər arasında baş tutan telefon danışığı zamanı ticarət-iqtisadi sahədə əməkdaşlığın artırılması barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, dekabrın 25-də Sankt-Peterburqda imzalanmış Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinə əsaslanan təmaslar müzakirə mövzusu olub.

XİN başçıları, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələlərdən də danışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + eleven =