İranla Hindistan təhlükəsizlik və iqtisadi məsələləri müzakirə ediblər

İranla Hindistan təhlükəsizlik və iqtisadi məsələləri müzakirə ediblər

İranla Hindistan təhlükəsizlik və iqtisadi əlaqələri gücləndirmək barədə danışıqlar aparıb.

APA xəbər verir ki, danışıqlar zamanı İran Təhlükəsizlik Şurasının katibi hindistanlı həmkarına rial-rupi mexanizminin işə salınmasının vacibliyini vurğulayıb.

Tehranda səfərdə olan Hindistan Baş nazirinin milli təhlükəsizlik müşaviri Ajit Doval İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə siyasi və təhlükəsizlik əlaqələri, xüsusilə ikitərəfli və çoxtərəfli iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Hindistanlı həmkarı ilə görüşdə Şamxani rial-rupi mexanizminin aktivləşdirilməsinə xüsusi diqqət yetirib: “Rial-rupi mexanizminin işə salınması birgə iqtisadi məqsədlərin irəliləyişində mühüm rol oynayacaq”.

Şamxani Çabahar layihəsində davamlı əməkdaşlığa maneələrin aradan qaldırılması üçün qəbul edilən qərarların mövcud qeyri-münasib vəziyyətin dəyişməsində çox təsirli ola biləcəyini söyləyib. “Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS qrupu çərçivəsində fəal əməkdaşlıq İran və Hindistanın milli maraqlarını təmin edir”.

Görüş zamanı Hindistanın təhlükəsizlik müşaviri bildirib ki, ölkəsi Çabaharı Hindistanın İranla hərtərəfli iqtisadi əməkdaşlığa qapısı hesab edir və mövcud problemlərin həlli üçün məsləhətləşmələri artırmağa hazırdır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − two =