İraq Ərbəin mərasimində hər ölkədən 1500 zəvvarın iştirak etməsini qəbul etdi

İraq Ərbəin mərasimində hər ölkədən 1500 zəvvarın iştirak etməsini qəbul etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq Baş nazirinin sözçüsü hər ölkədən 1500 zəvvarın imam Hüseyni (ə) Ərbəin mərasimində iştirak etməsinə icazə verdiyini açıqladı.

İraq Baş naziri Mustafa Əl-Kaziminin sözçüsü Əhməd Molla Təlal çərşənbə günü hökumətin hər bir ölkədən 1500 zəvvarın Ərbəin ziyarətinə gəlməsinə icazə verdiyini bildirdi.

Verilən açıqlamada zəvvarların yalnız hava yolu ilə gəlmələri və zəvvar göndərən ölkələrin vətəndaşlarının koronavirusla mübarizə üçün sağlamlıq protokollarına riayət etmələrinin zəruriliyi də vurğulanıb.

Bundan əvvəl İraq hökuməti korona virusun daha da yayılması qorxusu ilə hər hansı bir xarici zəvvarın Ərbəin mərasiminə qatılmasını qadağan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − ten =