İraq ABŞ-ni qarşılıqlı razılaşmaları pozmaqda ittiham edib

İraq ABŞ-ni qarşılıqlı razılaşmaları pozmaqda ittiham edib

ABŞ ordusunun Bağdadın şərq rayonlarına endirdiyi zərbələr tərəflər arasında mövcud olan bütün razılaşmaları pozur, buna görə məsuliyyət tamamilə Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın üzərinə düşür.

Bu barədə İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığının rəsmi nümayəndəsi Təhsin əl-Xəfaci bildirib.

“Biz ölkəmizin təhlükəsizliyini təhdid edən və tərəflər arasında mövcud olan bütün razılaşmaları açıq şəkildə pozan bu təhlükəli hadisənin nəticələrinə görə bütün məsuliyyəti Amerika tərəfinə və koalisiya qüvvələrinə həvalə edirik”, – INA xəbər agentliyi ondan sitat gətirib. əl-Xəfaci Bağdada edilən hücumun “açıq bir təcavüz aktı” olduğunu və “İraqın suverenliyini pozduğunu” əlavə edib. Onun fikrincə, ABŞ silahlı qüvvələrinin hücumu bütün bölgə üçün təhlükəli fəsadlara səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + three =