İraq Baş naziri: Fələstin xalqının yanındayıq

İraq Baş naziri: Fələstin xalqının yanındayıq

  İraqın baş naziri HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri ilə telefon danışığında ölkəsinin sionist rejimin təcavüzünə qarşı olacağı, Fələstin xalqının yanında olacağını vurğulayıb.

İRNA-nın məlumatına əsasən, HƏMAS lideri bu gün (8 may)  İsmayıl Həniyyə Qəzza zolağında baş verən siyasi hadisələr barədə Məhəmməd Şia Əl Sudaniyə ilə telefon söhbətində İraqın Fələstinə, xüsusən də Qəzza zolağında işğalçı rejimin soyqırım müharibəsinə qarşı tutduğu mövqeləri yüksək dəyərləndirib.

Əl Sudani də bu telefon söhbətində İraqın rejimin təcavüzünə qarşı olacağı, Fələstin xalqına dəstəkdə möhkəm mövqeyini vurğulayıb.

Qeyd edək ki, sionist rejim oktyabrın 7-dən Qəzza zolağına hücumlara başlayıb və Qəzza Səhiyyə Nazirliyinin bu gün elan etdiyi kimi, bu rejim son 24 saat ərzində 7 qətl törədib, nəticədə 55  şəhid olub və 200 nəfər də yaralanıb.

Bu xəbərə görə, şəhidlərdən bəziləri hələ də dağıntılar altındadır. Qəzza zolağının Səhiyyə Nazirliyi əlavə edib ki, bu şəhidlər də daxil olmaqla, oktyabrın 7-dən Qəzza zolağında şəhid olanların sayı 34 min 844 nəfərə, yaralıların sayı isə 78 min 404 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =