İraq qırıcılarının hücumunda İŞİD-in sığınacaqları dağıdılıb –video

İraq qırıcılarının hücumunda İŞİD-in sığınacaqları dağıdılıb –video

İraq ordusunun qırıcıları bu gün bu ölkənin Salahəddin əyalətində İŞİD terror qruplaşmasının qalıqlarının sığınacaqlarına hücum edib.

İRNA-nın çərşənbə günü Ən-Nucəbə kanalına istinadən verdiyi xəbərə görə, İraq ordusunun qırıcılarının hücumu nəticəsində İŞİD terror qruplaşmasının qalıqlarının istifadə etdiyi 4 sığınacaq, tunel və mağara məhv edilib.

Bu hücumda 3 terrorçu da öldürülüb.

İraq ordusunun son iki həftədə terrorçu ünsürlərin sığınacaqlarına hava hücumları artıb. Bu sığınacaqlar əsasən ucqar və ya dağlıq ərazilərdə olur.

2017-ci ildə üç illik döyüşlərdən sonra İraq İŞİD terror qruplaşması üzərində qələbə qazandığını elan etdi, lakin bu terror qruplaşmasının səpələnmiş ünsürləri və özəyi hələ də Diyala, Kərkük, Neynəva, Səlahəddin, Əl-Ənbar və Bağdad əyalətlərinin bəzi bölgələrində mövcuddur və tamamilə yox olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =