“İraq İslam Müqaviməti” Hayfanı PUA ilə vurdu
“İraq İslam Müqaviməti” üçüncü dəfə İsrailin şimalındakı Həyfa liman şəhərində “həyati əhəmiyyətli hədəfə” zərbə vurduğunu bildirib.
Bu barədə təşkilat öz Telegram kanalında açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, “İraq İslam Müqavimətinin döyüşçüləri bu gün, 05.11.2024 tarixində, Həyfa limanında həyati əhəmiyyətli bir hədəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər”. “İraq İslam Müqaviməti bildirir ki, düşmənin dayaq nöqtələrinin məhv edilməsi əməliyyatları artan sürətlə davam edəcək”, – deyə İraq müqavimətçiləri vurğulayıb.