İraq İslam Müqaviməti PUA ilə Ərbildəki Amerika hərbi bazasına hücum edib

İraq İslam Müqaviməti PUA ilə Ərbildəki Amerika hərbi bazasına hücum edib

İraqın İslami müqaviməti Ərbil hava limanı yaxınlığındakı ABŞ hərbi bazasına pilotsuz təyyarə ilə hücum edib.

İRNA-nın məlumatına görə, bu hücum dünən gecə yarısı ABŞ-ın terrorçu ordusu Babil əyalətinin Curf ən-Nəsr bölgəsindəki və İraqla Suriya sərhədindəki Əl-Qaim şəhərindəki Əl-Həşd əş-Şəbi qərargahına hücum etdikdən və burada Əl-Həşd əş-Şəbinin ən azı 2 üzvünün şəhadətə yetirilməsindən sonra həyata keçirilib.

Bir neçə saat əvvəl İraq hökuməti ABŞ-ın terrorçu ordusunun İraq Xalq Səfərbərlik Təşkilatının qərargahına hücumunu pisləyərək verdiyi bəyanatda İraqın suverenliyinə beynəlxalq səviyyədə dəstək vermək üçün rəsmi Vaşinqtonu məhkəməyə verəcəyini açıqladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =