İraq müqavimət qüvvələri Aralıq dənizində sionistlərə məxsus “həyati vacib hədəfə” hücum edib

İraq müqavimət qüvvələri Aralıq dənizində sionistlərə məxsus “həyati vacib hədəfə” hücum edib

İraq İslami Müqaviməti Fələstin xalqına dəstək məqsədilə Eylat limanına hücum etdikdən sonra Aralıq dənizində sionist rejimə məxsus həyati hədəfə hücum etdiyini açıqlayıb.

İraq İslami Müqaviməti bu axşam (cümə) verdiyi şərhdə Aralıq dənizində bir hədəfə hücum etdiyini açıqlayıb.

İraq İslami Müqaviməti elan edib ki, Qəzzə xalqına dəstək və sionist rejimin cinayətlərinə cavab olaraq İraq müqavimət hərəkatının döyüşçüləri bir neçə gün əvvəl uyğun silahla Aralıq dənizində “həyati vacib hədəfə” hücum ediblər.

İraq İslami Müqaviməti daha sonra vurğulayıb ki, düşmən bazalarına hücumları davam etdirəcək və onları məhv edəcək.

Bu açıqlamadan bir neçə dəqiqə sonra İraq İslami Müqavimətindəki mənbəyə istinadən “Əl-Cəzirə” kanalı İraq müqavimətinin Aralıq dənizində hədəf aldığı həyati hədəfin Kariş qaz yatağı olduğunu yazıb.

İslami müqavimət bu yaxınlarda verdiyi açıqlamada fələstinli qadın və uşaqların öldürülməsinə cavab olaraq Ummər-Rəşaş şəhərində (işğalı altındakı Fələstinin cənubu) bir hədəfi uyğun silahla hədəfə aldığını açıqlayıb.

Fələstin xalqına dəstək olaraq, İraqın İslami müqaviməti indiyədək ABŞ-ın İraq və Suriyadakı bütün bazalarını pilotsuz təyyarələr və raket hücumları ilə hədəfə alıb və ABŞ-ı sionist rejimin Qəzza zolağındakı cinayətlərinin əsas məsulu kimi təqdim edib və vurğulayıb: Qəzzada təcavüz dayanana qədər hücumlar davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − five =