İraq müqavimət qüvvələrinin pilotsuz təyyarəsi Amerikanın Suriyadakı Ər-Rükban bazasına hücum edib

İraq müqavimət qüvvələrinin pilotsuz təyyarəsi Amerikanın Suriyadakı Ər-Rükban bazasına hücum edib

İraq İslami Müqaviməti bəyanat dərc edərək, Amerika əsgərlərinə qarşı hücumun davamı və sionistlərin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq Suriyanın cənubundakı Amerikanın Ər-Rükban bazasını hədəf aldığını elan edib.

İRNA-nın cümə axşamı gecə Əl-Məyadinə istinadən verdiyi xəbərə görə, bu müqavimət qrupu Ər-Rükbandakı Amerika bazasının hücumun hədəfi olduğuna işarə edərək, hücumun pilotsuz təyyarə ilə həyata keçirildiyini bildirib.

Sionist rejimin Qəzzəyə qarşı müharibəsinin başlaması və Tel-Əviv rejiminin bombardmançılarının bu bölgənin yaşayış, təhsil və tibb məntəqələrini fasiləsiz bombalaması indiyədək 22 mindən çox fələstinlinin şəhid olması ilə nəticələnib. Öldürülənlərin əksəriyyəti uşaqlar və qadınlardır.

Bölgədəki İslami müqavimət qruplarının hər biri Qəzzanın məzlum xalqına dəstək olmaq vəzifəsini öz üzərinə götürüb. Bu arada iraqlı qruplar 100 dəfədən çox İraq və Suriyadakı Amerika bazalarını hədəfə alıblar. Beləliklə amerikalılar Qəzzə xalqının öldürülməsində sionist rejimə dəstəyin onlara baha başa gəldiyini başa düşürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =